Türkiyə fevralın 6-da baş verən zəlzələlərlə sarsıldığı halda, 2023-cü ildə keçirilməsi planlaşdırılan seçkilərin tarixi ilə bağlı müzakirələr intensivləşir. ABŞ-ın “Bloomberg” media qurumuna danışan və Ərdoğana yaxın olduğunu bildirən mənbələr seçki tarixi ilə bağlı diqqətçəkən iddialar səsləndiriblər.
"Unikal" xəbər verir ki, seçkilərin təxirə salınacağı ilə bağlı rəsmi açıqlama verilməsə də, ABŞ-ın aparıcı media qurumlarından biri olan Bloomberg diqqətçəkən xəbər yayıb. Bloomberg-də yer alan xəbərdə “Ərdoğan zəlzələlərə baxmayaraq istədiyi seçki tarixində israr edir” başlıqlı məqalədə prezident Ərdoğan və heyətinin seçkinin təxirə salınması ilə bağlı görüş keçirdiklərini bildirib.
“Prezident Ərdoğan iki ölümcül zəlzələdən sonra daha əvvəl elan etdiyi seçki cədvəlinə uyğun olaraq yenidənqurma işlərini gücləndirməyi planlaşdırır”, - deyə məlumatda bildirilir. Danışıqlardan xəbəri olanlara görə, Ərdoğan və AKP-nin yüksək səviyyəli rəsmiləri keçən həftə zəlzələdən sonra seçkinin təxirə salınmasının müsbət və mənfi tərəflərini müzakirə etmək üçün görüşlər keçiriblər.
Xəbərdə mayın 14-də aparılan danışıqlardan sonra qərar verildiyi bildirilərkən, ilk seçki tarixinə 18 iyuna qayıtmağın da müzakirə mövzusu olduğu bildirilib. Bloomberg-də dərc olunan xəbərdə, “42 mindən çox insanın öldüyü zəlzələ bölgəsində 8 milyon qeydə alınmış seçici var idi ki, bu da seçicilərin 14 faizinə bərabərdir. Rəsmi məlumata görə, 2 milyon seçici bölgəni tərk edib. Səsvermənin necə keçiriləcəyinə Ali Seçki Şurasının qərar verəcəyi gözlənilir.
Bloomberg-dəki xəbərdə, “Mənbələr seçkinin təxirə salınmasının hökumətə böhranı prioritetləşdirməyə və səyləri yenidən qurmağa imkan verdiyini, seçkilərin elan edilən tarixdə keçirilməsinin isə güc nümayişi mənasına gəldiyini deyirlər.
Digər tərəfdən, seçkilər təxirə salınarsa, son 20 ilin ən böyük iqtisadi böhranının daha da pisləşəcəyi bildirilib.
Türkiyədə müxalifətin iyunun 18-də israrlı olduğu da vurğulanıb və əlavə edilib: “Prezident bundan əvvəl seçki kampaniyasına martın 19-da başlayacağına və səsvermənin mayın ortalarında keçiriləcəyinə işarə vurmuşdu. Bunu etməsə, seçkilər iyunun 18-də keçirilə bilər”, - deyə məlumatda vurğulanıb.