Azərbaycanın təcrübəli futbol mütəxəssislərindən Qəhrəman Əliyev vəfat edib. 

"Unikal" xəbər verir ki, uzun müddətlik ağır xəstəlikdən sonra veteran futbolçu 63 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Qəhrəman Əliyev "Şəmkir", "Masallı", MOİK, "Olimpik", "Bakı" kimi klublarda çalışıb. O, 2022/2003 mövsümündə "Şəmkir"lə Azərbaycan çempionu olub.