Rusiya Prezidenti Vladimir Putin ölkəsi ilə Avropa Şurası arasında bir sıra sazişlərə xitam verən qanun imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın rəsmi hüquqi informasiya portalında məlumat yayılıb.
Putinin 2022-ci ilin yanvarında ölkə parlamentinə təqdim etdiyi qanun Rusiyanın 21 beynəlxalq müqavilədən çıxmasını nəzərdə tutur.
Onların arasında Avropa Şurasının Xartiyası, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiya, Terrorizmin Qarşısının Alınması üzrə Avropa Konvensiyası, Yerli Özünüidarəetmənin Avropa Xartiyası, Sosial Xartiya var.