Koronavirusla mübarizə tədbirləri çərçivəsində 2020-ci ildə Honq-Konqda tətbiq edilən məcburi maska qərarı ləğv olunub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 3 il davam edən bu qərar martın 1-dən etibarən rəsmi olaraq ləğv edilib.
Honq-Konqun icraçı direktoru Con Li mətbuat konfransı zamanı 959 gündən sonra maska tələbinin bu gün aradan qaldırıldığını bildirib: "Artıq normala döndük".
Ağarza Elçinoğlu