ABŞ Strateji Komandanlığının “hava komandanlığı məntəqəsi” statusuna malik E-6B Mercury təyyarəsi Avropaya çatıb. Buna “qiyamət” təyyarəsi də deyirlər.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Avropadakı qüvvələrinin komandanlığı "Twitter"də məlumat yayıb.
"ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus E-6B Mercury təyyarəsi ABŞ-ın Avropa Komandanlığının məsuliyyət zonasında əməliyyatlar apararaq İslandiyaya gəlib", - məlumatda deyilir.
Ekipajın ABŞ-ın İslandiyadakı səfiri Kerrin Patman və diplomatik və hərbi ictimaiyyətin digər üzvləri ilə görüşdüyü bildirilir.