"Əsrin fəlakəti adlandırılan zəlzələlərdən sonra biz 11 400-dən çox afterşok yaşadıq".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Respublikası prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin qrup toplantısında çıxışı zamanı deyib.
Türkiyə lideri ölkənin bir növ zəlzələ fırtınasına tutulduğunu açıqlayıb: "Həqiqətən də Türkiyə bir növ zəlzələ fırtınasına məruz qalıb. Zəlzələlərin qarşısını ala bilmirik. Bizə görə, ilk növbədə, zəlzələdən əvvəlki infrastrukturu, yolları, məktəbi, evləri olan təhlükəsiz qəsəbələrin salınması və hazırlanmasıdır. Ölkəmiz son 20 ildə keçmişlə müqayisə olunmayacaq qədər irəliləyiş əldə edib".
Ərdoğan həmçinin zəlzələ zamanı dağılan binaların əksəriyyətinin 2000-ci ildən əvvəl tikildiyini deyib: "Türkiyə ordusu bütün imkanları və bölgədən əlavə olaraq gələn on minlərlə şəxsi heyəti ilə bu fəaliyyətlərdə iştirak etdi. Bütün dünyada - ölkəmizdə belə can itkisinə görə genişmiqyaslı fəlakətə eyni anda müdaxilə edəcək axtarış-xilasetmə qrupunu tapmaq mümkün deyil. Biz heç bir bəhanə arxasında gizlənmirik".
Ağarza Elçinoğlu