Almaniya Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmağa və beynəlxalq asayişi pozmağa son qoymağa çağırıb.
"Unikal" "Bild" nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok "G20" ölkələrinin xarici işlər nazirlərinin görüşündə Rusiyalı həmkarı Sergey Lavrova müraciət edib.
"Biz çoxtərəfliliyə inanırıq. Bu müharibəni dayandırın! Beynəlxalq nizamı pozmağı dayandırın!", - XİN rəhbəri bildirib.
Ağarza Elçinoğlu