Moldova parlamenti Rusiyanın Ukrayna ərazisindəki hərəkətlərini pisləyən anti-Rusiya bəyannaməsi qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə parlamentin spikeri İqor Qrosu bildirib.
"Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzü ilə bağlı Moldova parlamentinin bəyannaməsi 55 deputatın səsi ilə qəbul edilib", - Moldova parlamentinin spikeri bildirib.
Bəyannamənin mətninə əsasən, Moldova parlamenti 2014-cü ilin fevralından Rusiya Federasiyasının Ukraynaya qarşı qeyri-qanuni, əsassız təcavüz müharibəsi apardığını" tanıyır. Ölkə hakimiyyəti Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı hər hansı arqumentini tanımaqdan imtina edir və silahlı qüvvələrin Ukrayna ərazisindən çıxarılmasını tələb edir. Deputatlar həmçinin digər dövlətlərin "Ukraynaya qarşı təcavüz işi üzrə xüsusi tribunal" yaratmaq təşəbbüsünü dəstəklədiklərini bildiriblər.
Ağarza Elçinoğlu