Ermənistanın Baş naziri Nikol Paşinyan Aİ-nin Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyən sazişin imzalanacağının anonsunu verib.
"Unikal" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə o, Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bildirib.
"Hazırda Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma missiyanın fəaliyyətini tənzimləyən sazişi gələcəkdə müzakirə etmək və müqavilə imzalamaqla razılaşmamız var ", - Paşinyan bildirib.