Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar olub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini və ümumi inteqrasiya birlikləri çərçivəsində beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsinə yanaşmaları müzakirə ediblər.  Danışıqlarda Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli sazişlərə uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin gücləndirilməsinin aktuallığı qeyd edilib.

***10:37

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 sammiti çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqramda yazıb.