"Vesna" hüquq müdafiə təşkilatının təsisçisi, Nobel mükafatı laureatı Ales Byalyatski 10 il müddətinə azadlıqdan məhrum edilib.
"Unikal" xəbər verir ki, bu barədə Belarus məhkəməsi qərar qəbul edib.
O, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılığı yaymaqda, həmçinin ictimai qaydanı kobud şəkildə pozan qrup aksiyalarını maliyyələşdirməkdə təqsirli bilinib. İttiham tərəfi Bialiatskiyə 12 il həbs istəyib.
Qeyd edək ki, belaruslu fəal Byalyatski 2022-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.
Ağarza Elçinoğlu