Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Parlamentinin sədri Roberta Metsola ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin "facebook" səhifəsində məlumat yerləşdirilib.
"Bu dəhşətli müharibənin ilk günlərindən Ukraynanı dəstəkləməkdə göstərdiyiniz liderliyə və Avropa Parlamentinin qəbul etdiyi mühüm qərarlara görə təşəkkür edirəm. Xüsusilə, keçən il martın 1-də, bizim Aİ-yə üzvlük müraciətimizdən sonra ikinci gün Avropa Parlamenti dəstək və Ukraynanın Aİ üzvlüyünə namizəd statusunun verilməsi zərurəti ilə bağlı qətnaməyə görə”, – Zelenski bildirib.
O qeyd edib ki, Ukrayna Avropa Komissiyasının tövsiyələrinin icrasını tez bir zamanda başa çatdırmağa və bu il Aİ-yə üzv olmaq üçün danışıqlara başlamağa çalışır.