Türkiyənin Artvin vilayətinin Yusufəli rayonunda qar uçqunu nəticəsində iki xizəkçi ölüb, yeddi nəfər yaralanıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Artvin valiliyinin yaydığı məlumatda hadisənin yerli vaxtla təqribən 15:00-da baş verdiyi bildirilir.
Hazırda AFAD-ın regional bölməsinin koordinatoruluğu ilə aidiyyəti qruplar hadisə yerində işlərini davam etdirirlər.