"2045-ci ilə qədər İstanbulda zəlzələ gözləmirəm"
"Unikal" xəbər verir ki, bunu Türkiyənin Geofizika Mühəndisi Prof. Dr. Övgün Ahmet Ercan bildirib. O, 2045-ci ilə qədər İstanbulda zəlzələ gözləmədiyini, gözlədiyinin əksinə olaraq hər an baş verə biləcək zəlzələnin Türkiyənin çətin günlər yaşamasına səbəb olacağını bildirib.
“Orada etməmiz lazım olan şey köçü dayandırmaqdır. Buradan 2 milyona yaxın insan köç edib. Həmin bölgənin əhalisi 13,5 milyon nəfərdir. Deyirlər ki, 9,5 milyon insan var. Bu miqrasiya dərhal dayandırılmalıdır. Anadolunun əkinçilik yaddaşı var. Əkinçi oradan köçsə, kim əkib biçəcək” deyə professor bildirib.
İstanbulda baş verə biləcək zəlzələlərlə bağlı qiymətləndirmə edən Ercan, "İnşallah yanılmamışam. 2045-ci ilə qədər İstanbula zəlzələ gəlməyəcək. Dostlarımızın dediyi kimi, Şimali Mərmərədə hər an zəlzələ olarsa vay Türkiyənin halına”.