İsrail Hərbi Hava Qüvvələrinin ehtiyatda olan 37 qırıcı pilotundan ibarət qrup hökumətin təklif etdiyi məhkəmə islahatına etiraz etmək üçün bir günlük döyüş təlimini buraxacaqlarını açıqlayıb.
"Unikal" xəbər verir ki, etirazçılar ABŞ Hərbi Hava Qüvvələrinin F-15 qırıcılarını idarə edən 69-cu eskadronu təmsil edirlər.
"Çərşənbə günü, martın 8-də biz demokratiya və xalqın birliyi naminə vaxtımızı düşünməyə həsr edəcəyik və buna görə də həmin gün əməliyyat tədbirləri istisna olmaqla, təlimlərə qatılmayacağıq. Həftənin qalan hissəsində planlaşdırılmış şəkildə növbətçiliyə riayət edəcəyik”, - məktubda yazılıb.
Xatırladaq ki, baş nazir Benyamin Netanyahu və onun sağ koalisiyasının noyabrın 1-də keçirilən milli seçkilərdə qalib gəlməsindən sonra məhkəmə islahatları İsraildə qızğın müzakirələrə səbəb olub. Kütləvi etirazlar az qala hər axşam Təl-Əvivdə, eləcə də Qüdsün Knesset və Ali Məhkəmə olan rayonlarında keçirilir.