Rusiyanın müdafiə naziri Sergey Şoyqu müharibə bölgəsinə gedib.
"Unikal" xəbər verir ki, rusiyalı nazir Donbasın infrastrukturunun bərpası üçün hərbi tikinti kompleksinin işini yoxlayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, Mariupolda Şoyqu artıq istismara verilmiş obyektlərin hazırlığını və tikilməkdə olan bina və tikililərin yerlərində işlərin gedişinə baxıb. Ona hərbi inşaatçılar tərəfindən tikilmiş çoxfunksiyalı tibb məntəqəsi, Fövqəladə Hallar Nazirliyinin respublika xilasetmə mərkəzi və 12 beşmərtəbəli yaşayış binasından ibarət yeni mikrorayon hədiyyə edilib.
Ağarza Elçinoğlu