Meksikanın Matamoros şəhərində silahlı şəxslərin 4 ABŞ vətəndaşını qaçırdığı bildirilir.
"Unikal" xəbər verir ki, ABŞ Federal Təhqiqat Bürosu (FTB) məlumat yayıb.
Açıqlamada, ABŞ-ın Texas əyalətinin sərhədindəki Matamoros şəhərinə avtomobillə gedən 4 nəfərin Meksikaya girdikdən qısa müddət sonra atəşə tutulduğu bildirilib.
“4 amerikalı silahlı şəxslər tərəfindən hadisə yerindən aparılaraq maşına mindirilib”, - deyə məlumatda bildirilir.
Qeyd olunub ki , FTB oğurlanmış 4 ABŞ vətəndaşının ekstradisiyası və cinayətkarların həbsi üçün 50 min dollar mükafat təklif edib.