“Biz Polşada işlək vəziyyətdə olan və Hərbi Hava Qüvvələrimizdə xidmət edən "MiQ-29" təyyarələrini Ukraynaya təhvil verməyə hazırıq".
"Unikal" xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda CNN telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna onlardan istifadə edə biləcək, çünki hazırda Ukrayna Silahlı Qüvvələrində bu qırıcıları idarə edə bilən pilotlar var.
O, həmçinin gələcəkdə Kiyevə "F-16"ların veriləcəyinə ümid edib: "İnanıram ki, Ukrayna Silahlı Qüvvələri gələcəkdə "F-16"dan istifadə edəcək. Buna görə pilot hazırlığı indi çox vacibdir".
Ağarza Elçinoğlu