Slovakiya Ukraynaya 13 ədəd MiQ-29 qırıcısı təhvil verib. 

"Unikal" xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Eduard Heqer "Twitter" səhifəsində yazıb. 

"Slovakiya hökuməti indicə Ukraynaya 13 MiQ-29-un göndərilməsini təsdiqləyib. Verilən vədlərə əməl edilməlidir. Sevinirəm ki, başqaları da hərbi yardım göndərməklə Ukraynanın özünü və bütün Avropanı Rusiyadan qoruymağına kömək edir", - Heqer yazıb.

***13:34

Slovakiya hökuməti MiQ-29 qırıcılarının Ukraynaya təhvil verilməsini təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə Slovakiyanın "Rravda" nəşri məlumat dərc edib. 

"Hökumət beynəlxalq müqaviləni yekdilliklə təsdiqlədi və MiQ-29 və "Kub" hava hücumundan müdafiə sistemini Ukraynaya təmənnasız olaraq təhvil verməyi qərara aldı", - Slovakiyanın baş naziri vəzifəsini icra edən Eduard Geger bildirib.

Ağarza Elçinoğlu