Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın 27 milyon dollar dəyərində aktivlərinə həbs qoyulduğunu elan edib.
"Unikal" xəbər verir ki, bu barədə departamentin Telegram kanalı məlumat yayıb.
Bildirilir ki Çerniqovda rusiyalı iş adamına məxsus tekstil şirkətinin əmlakı müsadirə edilib.
Adı məlum olmayan iş adamına qarşı cinayət işi açılıb.