Türkiyənin Bolu əyalətinin Mngen rayonunda linyit mədənində baş verən çökmə nəticəsində 7 işçi yüngül xəsarət alıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bolunun mədəndə kömür hasil edilərkən istehkam sütununun qırılması nəticəsində çökmə baş verib.
Yüngül xəsarət alan 7 işçi iş yoldaşları tərəfindən karxanadan çıxarılıb. Təcili yardım tərəfindən ilkin tibbi yardım göstərilən işçilər Boludakı xəstəxanalara aparılıb.
İstehsalın müvəqqəti dayandırıldığı karxanada qəza ilə bağlı qrupların araşdırmaları davam edir.