Hindistanın cənubundakı Tamilnad ştatında pirotexnika fabrikində baş vermiş partlayış nəticəsində azı 8 nəfər ölüb, 16 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, partlayış ştatın paytaxtı Çennayi şəhərindən 80 km cənub-qərbdə, Kuruvimalay rayonundakı zavodda baş verib.