İsveç parlamenti ölkənin NATO-ya üzv olmasına icazə verən qanun layihəsini qəbul edib.
"Unikal" xəbər verir ki, bu gün parlamentdə keçirilən səsvermədə NATO-ya üzvlük 269 səslə 37 əleyhinə səslə təsdiqlənib.
Sol Partiya və Yaşılların Ətraf Mühit Partiyası NATO üzvlüyünün əleyhinə səs verib.
İsveçin NATO-ya üzv olması üçün Türkiyə və Macarıstanın icazəsi lazımdır. Hazırda 28 NATO ölkəsi Finlandiya və İsveçin NATO üzvlüyünü qəbul edib.