"Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarı ilə öz zəifliyini nümayiş etdirir".
"Unikal" xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis "Twitter" səhifəsində yazıb.
XİN rəhbərinin sözlərinə görə, Qərbin Kremlin planlarına reaksiyası güclü olmalıdır: "Rusiya güc deyil, zəiflik nümayiş etdirir. Bizim də cavabımız zəif yox, güclü olmalıdır. Güclü sanksiyalar, qoşunların Baltikyanı ölkələrə yerləşdirilməsi, NATO-nun şərq cinahında hava və dənizdən müdafiə sistemlərinin artırılması qorxu deyil, həmrəylik və qətiyyətdən xəbər verəcək".
Xatırladaq ki, Rusiya lideri Vladimir Putin bildirmişdi ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun tələbi ilə Belarusda nüvə silahı yerləşdirmək qərarına gəlib.
Ağarza Elçinoğlu