"Üzüklərin hökmdarı" və "Karib dənizinin quldurları" kimi bir çox məşhur filmlərdə rol alan britaniyalı aktyor Orlando Blum Ukraynaya gedib. UNICEF-in xoşməramlı səfiri Orlando Blum Ukraynaya səfəri çərçivəsində paytaxt Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

"Unikal" xəbər verir ki, yapon filosofu Daisaku İkedanın Zelenskiyə yazdığı məktubu oxuyan məşhur aktyor “Sizin qələbəniz bəşəriyyətin qələbəsi olacaq” deyib.

Ukraynaya ilk dəfə 2016-cı ildə gəldiyini deyən 46 yaşlı aktyor Zelenski ilə humanitar yardım layihələri və uşaqlara dəstək fəaliyyətlərini müzakirə edib.Volodimir Zelenskinin müharibənin əvvəlindən bu günə qədərki münasibətinin Ukrayna xalqına cəsarət və qətiyyəti əks etdirdiyini bildirən Orlando Bloom, "Ukrayna xalqının gücü həqiqətən təqdirəlayiqdir. Təbii ki, bütün bunların səbəbi sizin münasibətinizdir"-deyə bildirib.

Orlando Blum yapon filosofu Daisaku İkedanın Volodimir Zelenskiyə yazdığı məktubu oxuyub.

"Sizin qələbəniz bəşəriyyətin qələbəsi olacaq" deyən Blum, "Məğlubiyyət ümidin məğlubiyyəti olacaq. Sən hər şeyi qazanmalısan. Yenilməz ruhunla mübarizə aparmalısan".