İsrailin “Histadrut” Ümumi Əmək Federasiyasının sədri Arnon Bar-David ölkədə bazar ertəsi başlayan tətilin başa çatdığını elan edib.

"Unikal" xəbər verir ki, məlumata görə, qərar İsrailin baş naziri Benyamin Netanyahunun məhkəmə islahatının ən azı yaya qədər dayandıracağını bəyan etməsindən sonra qəbul edilib.

Qeyd edək ki, həmkarlar ittifaqları ilə yanaşı ölkə müxalifəti də islahatların əleyhinə çıxıb.

20:08

Ölkənin baş naziri və milli təhlükəsizlik naziri məhkəmə islahatlarının dayandırılması ilə bağlı razılığa gəliblər.

"Unikal" xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bazar ertəsi ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər. Bu barədə Kan dövlət radiostansiyası məlumat yayıb .Onun sözlərinə görə, Ben-Qvirin rəhbərlik etdiyi Yəhudi Gücü partiyası bildirib ki, koalisiya məsləhətləşmələrindən sonra parlamentdə məhkəmə islahatlarının təsdiqini yay sessiyasına qədər təxirə salmaq qərara alınıb. Bundan əvvəl Ben-Qvir təxirə salınmasına qəti şəkildə qarşı çıxmışdı.

Bunun müqabilində Netanyahu yeni güc strukturunun - Milli Qvardiyanın formalaşmasına razılıq verib. Yeni strukturun Ben-Qvirin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinin nəzarətinə veriləcək. 

19:06

İsrailin baş naziri Benyamin Netanyahu parlamentdə yer almaq müqabilində Qallantın müdafiə naziri vəzifəsini saxlamağı təklif edib.

"Unikal" xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu keçmiş müdafiə naziri Yoav Qallanta müraciət edərək Knessetdə (hökumətdə) yer almaq müqabilində vəzifəsinə qayıtmaq təklifi ilə çıxış edib. Bundan əvvəl Netanyahu davam edən məhkəmə islahatlarını dəstəkləmədiyi üçün Qallantı hərbi departamentin rəhbəri vəzifəsindən şəxsən uzaqlaşdırmışdı.

Keçmiş Müdafiə Nazirliyinin rəhbəri İsrailin baş naziri ilə razılaşmaqdan imtina edib.