Pakistanda hökumət Hayber Paxtunxva və Pəncab əyalətlərində pulsuz un paylayıb.
"Unikal" xəbər verir ki, pulsuz un paylanmasının yaratdığı izdihamda 7 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Milli medianın məlumatına görə, federal hökumətin Pəncab və Xayber Paxtunxva əyalətlərində məhdud miqdarda pulsuz unun paylanacağı barədə açıqlaması çaşqınlıq yaradıb.
Pəncabın Multan, Müzəffərqarh və Faisalabad şəhərlərində basabaslar nəticəsində 4 nəfər həyatını itirib.
Hayber Paxtunxva əyalətinin Bannu və Çarsadda şəhərlərində 2-si qadın olmaqla 3 nəfər həyatını itirib.
Sosial mediada əks olunan görüntülərdə çox sayda insanın un maşınlarının üzərinə çıxaraq unu götürməyə çalışdığı, hərəkətdə olan maşınlara çıxanların isə unu yollara atdığı görülüb.
Twitterdə un paylanmasında lazımi tədbir görülmədiyi səbəbiylə hökumət və polis tənqid olunub.