İstanbulda qeyri-adi evlilik təklifi baş tutub.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, kişi sevdiyi xanıma İstanbul Boğazında evlilik təklifi sürprizi hazırlayıb. Belə ki, o, şirkətlə razılaşaraq sevgilisi ilə yaxtada şam yeməyi yeyib. Körpüyə lazer işığı ilə adlarını yazdıran, evlilik təklifindən sonra foto və video çəkdirən cütlük hesab ödənilən vaxtı yoxa çıxıb.
Uğur adlı şəxs avtomobildən pulqabısını götürərək gələcəyini bildirib. Kişinin gəlmədiyi görən işçilər xanımla əlaqə saxlayıblar. Qadın isə sevgilisindən ayrıldığını bildirib.
Hadisəndən günlər sonra şirkət cütlüyü polisə şikayət edib. Araşdırma aparılır.
Seymur Əli