Cənubi Amerika ölkəsi olan Kolumbiyada yerli lider silahlı hücum nəticəsində ölüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Boyaca inzibati bölgəsinin  Asomipaz icmasının lideri Qonzalo de Jesus Parra Foreroya silahlı hücum təşkil edilib.

Farero evə gedərkən hücum nəticəsində dünyasını dəyişib. Hücumla bağlı araşdırmalara başlanılıb.

Ombudsman Aparatı və Kolumbiya İnkişaf və Sülh Araşdırmaları İnstitutu (İndepaz) sosial liderə hücumu pisləyib.