ABŞ prezidenti Co Bayden bütün dünyada demokratiyanı dəstəkləmək üçün 690 milyon ABŞ dolları məbləğində yeni maliyyə vəsaiti ayırdığını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Bayden ABŞ-ın xaricdə demokratiyanın təşviqinə daha bir əhəmiyyətli sərmayə qoyduğunu elan etdi. ABŞ lideri azad və müstəqil medianı dəstəkləmək, korrupsiya ilə mübarizəyə kömək etmək və yeni proqramlar yaratmaq təşəbbüsü üçün əlavə maliyyə olaraq 690 milyon dollar vəsait ayırdı", - o, qeyd edib. 

Gülayə  Mecid