İsrailin xarici işlər naziri Eli Koen İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasını şərh edərkən Tehranla bağlı kifayət qədər sərt açıqlama verib.

"Unikal" xəbər verir ki, bu barədə “Time of Israel” məlumat yayıb.

“İran qonşularını hədələyir. Onların arasında ən yaxın qonşular da ola bilər, Səudiyyə Ərəbistanı da. Səudiyyə Ərəbistanına hücumu xatırlayırıq. İran "xərçəng xəstəliyi" kimidir. İran hansı ölkəyə müdaxilə edirsə, o ölkəni məhv edir. Livanda baş verənlərə baxın. Bu, Hizbullah vasitəsilə edilir. Görün İran Suriyanı necə məhv etdi, Yəməndə, İraqda nə etdi. İran dünyada terroru maliyyələşdirən bir nömrəli ölkədir”, - Eli Koen bildirib.

O əlavə edib ki, dünyada və regionda sabitliyin təminatı İranın nüvə silahına malik olmasına imkan verməməkdir.

"Biz bu məqsədə çatmaq üçün daha çox ölkənin bizə qoşulmasını gözləyirik", - nazir qeyd edib. 

Gülayə  Mecid