Türkiyənin ən reytinqli seriallarından biri olan "Ailə"də Kıvanç Tatlıtuğla Serenay Sarıkayanın öpüşmə səhnələrinin aktyorun ailəsində problemə səbəb olduğu iddia edilib.
"Unikal" xəbər verir ki, layihədəki səhnələri qısqanan Tatlıtuğun həyat yoldaşı Başak Dizer boşanma qərarı alıb.
Məsələ ilə bağlı Kıvanç açıqlama verərək, yayılan iddiaları şayiə adlandırıb.
"Evdə də, çəkiliş meydançasında da hər şey yaxşıdır. Hər layihədə təkrarlanan bu saxta xəbərləri ciddiyə belə almırıq" deyə, aktyor bildirib.
Qeyd edək ki, Kıvanç Başak Dizerlə 2015-ci ildə ailə həyatı qurub. Həmçinin, Dizer "Ailə" serialında aktyorların stilisti kimi çalışır.