Ermənistan Milli Assambleyanın spikeri Alen Simonyan ötən gün baş nazir Nikol Paşinyanın oğlunun hücuma məruz qalması ilə bağlı "Facebook"da yazdığı paylaşımı silib.

"Unikal"  xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. 

Bildirilir ki, Aşot Paşinyan "Haykakan Çamkan" qəzetinə hücumu təkzib edib. Bundan sonra Simonyan yazını "Facebook"dan silib.