Türkiyənin Hakkari vilayətinin Alandüz bölgəsi terrorçulardan tamamilə təmizlənib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Süleyman Soylu açıqlayıb.
Məlumata görə, PKK-nın komandiri, narıncı kateqoriyalı terrorçu gizləndiyi mağarada keçirilən əməliyyat zamanı zərərsizləşdirilib.
Terrorçunun kod adı "Alişer" olan Emrah Arpak olduğu müəyyən edilib.
Ağarza Elçinoğlu