Sumqayıtda avtobusda oğurluq olub.

DİN-in Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 14-də şəhər ərazisində marşrut avtobusunda bir sərnişinin çantasından pul və mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Adil Hüseynov müəyyən olunub. O, saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.