Ermənistanın basdırdığı minaları Azərbaycan vətəndaşlarını öldürməyə və şikəst etməyə davam edir.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün Tərtər rayonunda baş verən mina partlayışı nəticəsində mülki vətəndaş xəsarət alıb və nəticədə müharibə bitdikdən sonra mina qurbanlarının sayı 291 nəfərə çatıb.

"Ermənistan hələ də dəqiq mina xəritələrini verməkdən imtina edir", - qeyd olunub.