Aprelin 17-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində baş verən qəzadan sonra kanalda batan hərbçinin meyiti tapılıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

“Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Muğan" və "Aran" dalğıc-axtarış qrupları tərəfindən əməliyyat nəticəsində axtarışı aparılan şəxsin meyiti (avtomobilin batdığı yerdən təqribən 200 m aralıda) aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.düşən minik avtomobilində olan 1 nəfərin axtarışları başa çatıb”, - rəsmi məlumatda qeyd olunub.