Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində restoranda baş vermiş yanğın məhdudlaşdırılıb. 

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

*** 10:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən "Unikal"a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.