Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin BMT-dəki mənzil qərargahının Nyu-Yorkdan başqa şəhərə köçürülməsi ideyasını təsdiqləyib.
"Unikal" xəbər verir ki, o, bunun yaxşı olacağını düşündüyünü qeyd edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Petr İliçev bildirmişdi ki, Rusiya BMT-nin qərargahını Nyu-Yorkda deyil, daha neytral şəhərdə görməyə üstünlük verəcək.