Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların komandanı, general-mayor Andrey Volkovu vəzifəsindən geri çağırmaq barədə qərar qəbul edib.

"Unikal" xəbər verir ki, onu general-polkovnik Aleksandr Lentsov əvəz edib.

14:45

Rusiya hakimiyyəti Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovu geri çağırmaq qərarına gəlib.

"Unikal" xəbər verir ki,  bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb. 

Bildirilir ki,  hakimiyyət Volkovun işindən narazıdır və onu başqa bir şəxslə əvəzləyəcək. 

"Yeni komandir rütbəcə general-polkovnikdir, Rusiya müharibələrində iştirak etmiş mahir hərbçidir. O, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir, onunla uzun illər çalışıb", -  deyə KİV qeyd edib. 

Gülayə Mecid