Pakistanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkar edilib.
"Unikal" xəbər verir ki, bu barədə Pakistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xəstəlik Səudiyyə Ərəbistanından deportasiya edilən şəxsdə müəyyən olunub. Ölkədə xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün hava limanlarında karantin elan olunub.
Qeyd edək ki, 2022-ci ilin yanvar ayından bəri dünyada meymunçiçəyinə 86 mindən çox yoluxma aşkarlanıb, 119 nəfər dünyasını dəyişib.