Ankaranın Çankaya rayonundakı biznes mərkəzində Ankara Ticarət Palatasının keçmiş sədr müavini Mehmet Aypək mühafizəçisi tərəfindən qətlə yetirilib.
"Unikal" xəbər verir ki, mühafizəçi Halil G. ofisə gələrək 73 yaşlı Mehmet Aypekə tapança ilə atəş açıb. Hadisə nəticəsində iş adamı ağır yaralanıb. O, digər mühafizəçiləri tərəfindən xəstəxanaya aparılıb. Müdaxilələrə baxmayaraq, Aybək həyatını itirib.
Halil G. isə qaçarkən saxlanılıb. O, polisə təslim edilib.
Qeyd edək ki, Mehmet Aypek Türkiyədə tikinti sektorunda fəaliyyət göstərən şirkətin sahibidir.
Gülayə Mecid