Kiprin paytaxtı Lefkoşada rus mədəniyyət mərkəzinin binasına “Molotov kokteyli” (yanan maye ilə doldurulmuş butulkalar) atılıb.
"Unikal" xəbər verir ki, binada yanğın baş verib. Yanğınsöndürənlər onu söndürüb, xəsarət alan olmayıb.
Mərkəzin əməkdaşı Alina Radçenkonun sözlərinə görə, kimsə binanın üstünə “Molotov kokteyli” (yanan maye ilə doldurulmuş butulkalar) atıb.
“İki yüksək səs eşidilib, sonra döşəmə və divar yanmağa başlayıb. İnsanlar təxliyyə edilib, polis binanı mühasirəyə alıb, yanğınsöndürənlər yerində işləyir”, - Radçenko bildirib.
Hadisə yerinə beş yanğınsöndürən maşını və bir zirehli maşın gəlib. Hazırda kimin və hansı səbəbdən binanı yandırmağa cəhd etdiyi məlum deyil. Polis hadisənin başvermə şəraitini araşdırır.