Volodimir Zelenski Çin prezidenti Si Cinpinlə telefon danışığından sonra Ukraynada sülhün ərazi kompromisləri ilə əldə edilməyəcəyini bildirib.
"Unikal" xəbər verir ki, "Ərazi kompromisləri hesabına sülh ola bilməz" deyə Zelenski Telegram kanalında yazıb. O, həmçinin qeyd edib ki, Ukraynanın ərazi bütövlüyü 1991-ci il sərhədləri daxilində bərpa edilməlidir.
Bundan əvvəl Çin Mərkəzi Televiziyası Çin prezidenti Si Cinpinin Zelenski ilə telefon danışığı apardığını bildirmişdi. Söhbətin uzun və informativ keçdiyini deyən Zelenski Ukraynanın Çinə səfirinin təyin olunduğunu da açıqlayıb.
Zelenski 2022-ci ilin dekabrında Rusiya qoşunlarının 1991-ci il sərhədlərinə çəkilməsi Ukraynada hərbi əməliyyatlara son qoymağın yeganə yolu olduğunu demişdi.