Paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, Ziya Bünyadov prospektində hərəkətdə olan "Mercedes" və "Toyota Corolla" toqquşub. 

Hadisə nəticəsində yaralanan sürücülərdən biri Təcili Tibbi Yardım vasitəsilə təxliyə edilib. Digər sürücüyə isə hadisə yerində tibbi yardım göstərilib. 

Ağarza Elçinoğlu