Xəbər verdiyimiz kimi, ötən gün paytaxtın Binəqədi rayonunda baş verən dəhşətli qəza yanğına səbəb olub.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yanaraq ölüb.

Hadisənin videosunu təqdim edirik.

***

Binəqədidə baş verən qəzada ölənlərin sayı üçə çatıb.

"Unikal" xəbər verir ki, FHN-in xüsusi riskli xilasetməl xidməti həlak olan üçüncü şəxsin cəsədini yanmış avtomobildən çıxarıb.

22:19

Bu gün saat 21:14 radələrində paytaxtın Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhəri Baş DYP İdarəsindən "Unikal"a verilən məlumata görə, “VAZ 2107” markalı nəqliyyat vasitəsi iki “Mercedes” markalı nəqliyyat vasitələri ilə toqquşaraq aşıb. Toqquşma nəticəsində “VAZ 2107” markalı avtomobildə baş vermiş yanğın zamanı sürücü və sərnişin hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır