30.04.2023-cü il tarixdə, saat 17:00 radələrində 1981-ci il təvəllüdlü Ağayev Adəm Mətləb oğlu idarə etdiyi “Mercedes ML350” markalı avtomobillə Ağsu-Kürdəmir-İmişli magistral yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində İmişli şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək yolun hərəkət istiqamətinin sağ tərəfinə aşıb
"Unikal"ın məlumatına görə, nəticədə avtomobildə olan 1967-ci il təvəllüdlü Qasımov Bayram Məmmədağa oğlu aldığı xəsarətlərdən hadisə yerində ölmüş, A.Ağayev isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
30.04.2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi iləcinayət işi başlanmışdır.
Murad İbrahimli