Sabirabadda qəza olub.

"Unikal"ın məlumatına görə, Sabirabad şəhər sakini 1952-ci il təvəllüdlü Ələkbərov Feyruz Ayaz oğlu 28.04.2023-cü il tarixdə saat 16:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus “Mercedes” markalı avtomobil ilə şəhərin Muğan prospektində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada Sabirabad rayonu Qalaqayın kənd sakini 2012-ci il təvəllüdlü Qasımlı Rəvan Pərviz oğlunu vurub. R.Qasımlı sonuncu aldığı xəsarətlərdən xəstəxanada ölüb. 

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə başlanılmaqla istintaq aparılır.

Murad İbrahimli