Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Daxili İşlər Nazirliyi Cəbrayıl rayonunda baş verən mina hadisəsi barədə birgə məlumat yayıb.

ANAMA-dan "Unikal"a daxil olan məlumatda deyilir ki, mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində minalardan təmizlənməmiş sahədə mina partlayışı baş verib. Məlumata əsasən, maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayon Qazaxlar kənd sakini, 1964-cü il təvəllüdlü Alışov Oktay Bayram oğlu, at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid edib və tank əleyhinə mina partlayışı nəticəsində həlak olub.

xxx

18:39

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mina partlayışı baş verib.

Bu barədə "Unikal"a DİN-in mətbuat xidmətinin əməkdaşı Elşad Hacıyev məlumat verib.

Məlumata görə, atlı çoban tank əleyhinə minaya düşərək həlak olub.