Balakəndə məsciddə yanğın olub. 

"Unikal" xəbər verir ki, yanğın hadisəsi bu gün rayonun  Meşəşambul kəndinin ümumi sahəsi 108 kv/m olan  məscidinin ibadət zalında baş verib.  
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin  Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində ibadət zalında 2 ədəd döşək, 4 ədəd yastıq və döşəmənin 12 kv/m-lik hissəsinin yanar konstruksiyası yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. 
Faktla bağlı araşdırma aparılır.

Seymur Əli